Reklam icazəsi üçün tələb olunan sənədlər

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasına əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün tələb olunan sənədlər aşağıdakılardır:

 

Müraciət üçün ərizə formasını buradan yükləyin 

 

- Reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- Reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Reklam yerləşdiriləcək reklam daşıyıcısının yerləşdiyi ərazinin rəngli fotosu və vəziyyət planı
- Reklamın layihəsi (eskizi)
- İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydada təsdiq edilmiş surəti